Bakıda hepatit A virusuna yoluxma halları qeydə alınıb
Ötən ilin son aylarından başlayaraq, ölkənin ayrı-ayrı ərazilərində hepatit A virusuna tək-tək yoluxma halları qeydə alınıb. Xəstəlik əsasən bakının Suraxanı rayonunun Əmircan və Bülbülə qəsəbələri üzrə müxtəlif orta məktəb və məktəbəqədər təhsil müəssisəsində qeydə alınıb. Epidemoloji vəziyətlə əlaqədar monitorinqlərin sayı artırılıb. Hazırda epidemioloji vəziyyət nəzarət altındadır, yoluxma hallarının sayında azalma müşahidə olunur.
Fərid Mehdiyev