Bakıda güclü partlayış və yanğın baş verib

Bakının Binəqədi rayonu, Kunanbayev küçəsində yerləşən mebel sexində baş verən partlayış-yanğın hadisəsi ilə əlaqədar dərhal əraziyə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidməti, Xüsusi Riskli Xilasetmə Xidməti və Bakı Regional Mərkəzinin qüvvələri cəlb olunub. 15 təcili yardım briqadası da olay yerinə yollanıb. Sexdəki yanğın məhdudlaşdırılıb. Hazırda yanğının tam söndürülməsi və hadisənin nəticələrinin aradan qaldırılması istiqamətində tədbirlər davam etdirilir. İki nəfərin öldüyü, xəsarət alanların olduğu bildirilir. Fövqəladə hallar nazirinin müavini, general-leytenant Etibar Mirzəyev, Baş prokurorun müavini Elmar Camalov və Kriminalistika və informasiya texnologiyaları idarəsinin əməkdaşları hadisə yerindədirlər. Aidiyyəti dövlət orqanları ilə birgə zəruri istintaq-əməliyyat tədbirləri həyata keçirilir.

Vüsalə Cənnətova

KƏPƏZFM
Dinlə, Hiss et, Arzula!
Canlı Yayım
Səsin gücü
Digər
KƏPƏZFM
Sayta keçid
İndi Yayımda:
...
...
Playlist Tam playlist
Digər
Əsas Yayım
KƏPƏZFM
Dinlə, Hiss et, Arzula!
Əsas Yayım
TOP 20
KƏPƏZFM / TOP 20
Dinlə, Hiss et, Arzula!
TOP 20
Milli 20-lik
KƏPƏZFM / Milli 20-lik
Dinlə, Hiss et, Arzula!
Milli 20-lik