Bakıda evlərdən külli miqdarda oğurluq olub
Binə və Buzovna qəsəbələri ərazisində 7 evdən ümumilikdə 1600 manata yaxın pul, 3 ədəd mobil telefon, 2000 manat dəyərində avtomobil ehtiyat hissəsi, 3 ədəd velosiped, dəyəri 700 manatdan çox olan elektrik naqili, həmçinin, digər məişət əşyaları, inşaat materialları və təmir alətləri oğurlanıb. Hadisəni törətməkdə şübhəli bilinən Bakı şəhər sakini Vüqar Quliyev saxlanılıb. Faktla bağlı araşdırma aparılır.
Fərid Mehdiyev