Bakıda bədii gimnastika üzrə Avropa Kuboku başlayır
Bu gün Bakıda bədii gimnastika üzrə Avropa Kuboku start götürəcək. İlk dəfə baş tutacaq yarışa 34 ölkə təmsilçiləri qatılacaq. Milli Gimnastika Arenasında təşkil olunacaq turnir üç gün davam edəcək. Avropa Kubokunda mükafatçılar fərdi və çoxnövçülük proqramında, eləcə də komanda hesabında müəyyənləşəcək.
Azad Mustafayev