Bakıda biçaqlanma hadisəsi baş verib
Bakının Nizami rayonunda metronun “Qara Qarayev” stansiyasının yaxınlığında 1982-ci il təvəllüdlü Mirzəyev Emin Möhtərəm oğlu və qardaşı, 1987-ci il təvəllüdlü Ramin mübahisə zəminində bıçaqlanıblar. Yaralılar təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Paytaxtın Binəqədi rayonunun Hökməli qəsəbəsində isə 1985-ci il təvəllüdlü Abbasov Vasif Abbas oğlu işlətdiyi ət dükanında naməlum şəraitdə qarnın ön divarından bıçaq xəsarətləri alıb. Yaralı xəstəxanaya yerləşdirilib. Hadisələrin təfərrüatı araşdırılır.