Bakıda avtomobillər toqquşub, ölən var
Paytaxtın Sabunçu rayonunda 1996-cı il təvəllüdlü Baloğlanov Röyal Firudin oğlunun idarə etdiyi "Mercedes" ilə 1975-ci il təvəllüdlü Məmmədov Mahir Mirayıl oğlunun idarə etdiyi “Fiat Doblo” toqquşub. Nəticədə “Fiat”-ın sürücüsü aldığı xəsarətlərdən hadisə yerində ölüb. Fakt araşdırılır.
Nərgiz Camalzadə