Bakıda avtomobil işıq dirəyinə çırpılıb, ölən və yaralananlar var
Bakıda 34 yaşlı Ruslan İsgəndərovun idarə etdiyi avtomobil idarəetməni itirərək yol kənarında işıq dirəyinə çırpılıb. Nəticədə avtomobildə olan sərnişin - 37 yaşlı Vüsal İsmayılov hadisə yerində ölüb. Sürücü və digər iki sərnişin isə ağır xəsarətlərlə xəstəxanaya yerləşdiriliblər. Cinayət işi başlanılıb.
Fərid Mehdiyev