Bakıda ana və balanı avtomobil vurub
Bakıda yol qəzası zamanı iki nəfər ağır xəsarət alıb. Gəncə prospektində 1991-ci il təvəllüdlü Fəridə Quliyeva və anası 1967-ci il təvəllüdlü Rəsmiyyə Quliyeva yolun əks tərəfinə keçərkən onların hər ikisini avtomobil vurub. Yaralılar xəstəxanaya yerləşdirilib. Fakt araşdırılır.
Zülfiyyə Telmanqızı