Bakıda 5 əcnəbiyə qarşı dələduzluq edən Hindistan vətəndaşı saxlanılıb
Bakıda polis Azərbaycana gəlmiş 5 nəfər Şri-lanka vətəndaşına qarşı dələduzluq və hədə-qorxu ilə pul tələb etməkdə şübhəli bilinən Hindistan vətəndaşı 51 yaşlı Mishra Prashantı saxlayıb. Prashant guya zərərçəkənlərə özəl ali təhsil müəssisələrindən birinə qəbul olunmalarına köməklik edəcəyini vəd edərək onlardan müəyyən miqdarda pul alıb. Onların sənədlərini ələ keçirərək hədə-qorxu ilə zərərçəkənlərdən yenidən pul tələb edib.
Vüsalə Cənnətova