Bakıda 4 narkokuryerdən 7 kq narkotik götürülüb
Bakıda əvvəllər narkotiklərlə əlaqəli cinayətlərə görə məhkum olunmuş 4 nəfər saxlanılıb. Onlardan 7 kiloqram heroin, marixuana və metamfetamin aşkarlanıb. Saxlanılanlar narkotikləri maddi qazanc əldə etmək məqsədi ilə təyin olunan ünvanlara yerləşdirərək paytaxt ərazisində qanunsuz dövriyyəsini təşkil ediblər.
Fərid Mehdiyev