Bakıda 2 avtomobil toqquşub, 2 nəfər yaralanıb
Bakının Xəzər rayonununda iki avtomobilin toqquşması zamanı 1954-cü il təvəllüdlü İsmayılova Elmira Böyükağa qızı və övladı, 1995-ci il təvəllüdlü İsmayılov Süleyman Ağabəy oğlu xəsarət alıblar. Yaralılar xəstəxanaya çatdırılıblar. Fakt araşdırılır.
Vüsalə Cənnətova