Bakıda 1 milyondan çox aksiz markasız tütün məmulatı aşkar edilib
Bakıda Sahil qəsəbəsində yerləşən anbarda 1 milyon 762 min 600 ədəd aksiz markasız tütün məmulatı aşkar edilib. Təsərrüfat subyektinin Səbahi Abbasova məxsus olduğu aydınlaşdırılıb. Faktla bağlı Dövlət Vergi Xidməti araşdırmalar aparır.
Vüsalə Cənnətova