Bakı və Şəkidə törədilən oğurluqların üstü açılıb
Dekabrın 31-də paytaxtın Səbail rayonunda bayram yarmarkasında 3 qadının mobil telefonlarını oğurlayan Biləsuvar sakini, dəfələrlə məhkum olunmuş, 24 yaşlı Ağamoğlan Abdalov saxlanılıb.
Xətai rayonundakı mənzillərin birindən 6500 ABŞ dolları və 50.000 rus rublu oğurlayan, paytaxt sakini Elvin Rüstəmov da tutularaq istintaqa cəlb olunub.
Şəkidə isə şəhər sakini, əvvəllər məhkum olunmuş Elçin Rüstəmzalov saxlanılıb və üzərindən 50 qrama yaxın tiryək götürülüb. Onun digər iki nəfər tanışı - əvvəllər dəfələrlə məhkum olunmuş, Ağdaş sakini Rəcəb Babayev və Həbillah İbrahimovla birlikdə rayon ərazisində yerləşən restorandan müxtəlif məişət əşyaları, kabel oğurladıqları da məlum olub.
Nərgiz Camalzadə