Bakı və Qubada kəsici-deşici alətlərin satışını təşkil edən şəxslər saxlanılıb
Bakıda 4 mağazadan xəsarət yetirmək təyinatına malik, satışı nəzərdə tutulan ümumilikdə 296 kəsici-deşici alət aşkar olunaraq götürülüb. Maddi sübut kimi götürülən həmin silahlarla bağlı müvafiq ekspertiza təyin olunub, saxlanılan şəxslər barəsində araşdırma aparılır.
Polis tərəfindən Qubada kəsici-deşici alətlərin satışını təşkil edən iki nəfər şəxs müəyyən olunaraq saxlanılıblar.
Azad Mustafayev