Bakı sakininə qarşı quldurluq və soyğunçuluq edilib
Bakının Xətai rayonunda yerləşən dəmir yolu ərazisində bir nəfər şəxsə qarşı quldurluq əməli törədilib. Onun döyülməsi, kəsici alətlə xəsarət yetirilərək mobil telefonunun talanması, daha sonra telefonundakı tətbiq vasitəsilə 367 manat dəyərində alış-veriş edilməsi məlum olub. Quldurluq əməlini törətməkdə şübhəli bilinən Nihad Abasov və Namiq Sadiqi müəyyən olunaraq saxlanılıb.
Fərid Mehdiyev