Bakı Bulvarında kanalizasiya quyusunun dəmir barmaqlıqları oğurlanıb
Bakı Bulvarında 43 ədəd kanalizasiya quyusunun dəmir barmaqlıqları oğurlanıb. Hadisəni törədənin 1985-ci il təvəllüdlü Əfqan Əhmədov olduğu müəyyən edilib. O, polis tərəfindən saxlanılıb. Əhmədovdan oğurladığı dəmir barmaqlıqların bir hissəsi aşkarlanaraq götürülüb.
Azad Mustafayev