Bakının Nərimanov rayonunda ticarət mərkəzində yanğın başlayıb
2021-10-16 10:05
Bakının Nərimanov rayonunda ticarət mərkəzində yanğın başlayıb. Yanğınsöndürmə briqadaları əraziyə cəlb olunub. Sabunçu rayonunda ikimərtəbəli kommunal tipli yaşayış binasının birinci mərtəbəsində ümumi sahəsi 100 m² olan mənzil 40 m² sahədə və ona bitişik, ümumi sahəsi 10 m² olan mağaza yanıb. 1 nəfər tüstüdən zəhərlənib. Şəmkirin Düyərli kəndində isə ümumi sahəsi 182 m² olan tikintisi başa çatmayan kürsülü, birmərtəbəli evin konstruksiyaları və əşyaları 80 m² sahədə yanıb. FHN əməkdaşları hər iki məkanda alovu söndürüblər.
Fərid Mehdiyev