Bakının mərkəzində dörd avtomobil toqquşub, xəsarət alan var
Bakının Səbail rayonunda idarəetməni itirən “Geely” markalı minik avtomobilinin sürücüsü maşını digər hərəkətsiz dayanan üç nəqliyyat vasitəsinə çırpıb. “Geely”də olan qadın sərnişin xəsarət alıb. Yaralı xəstəxanaya aparılıb. Hadisənin təfərrüatı araşdırılır.
Nərgiz Camalzadə