Bu gün Bakının Qafqaz İslam Ordusu tərəfindən erməni-bolşevik birləşmələrinin işğalından azad edilməsinin 108-ci ildönümüdür.1918-ci il sentyabrın 15-də Azərbaycan və Türkiyə əsgərləri Bakını işğalçılardan azad edərək Azərbaycan tarixinin şərəfli səhifələrindən birini yazıblar.Həmin dövrdə Azərbaycanın müstəqilliyi elan olunsa da, Bakı və ətraf rayonlar erməni-bolşevik qüvvələrinin nəzarətində idi. Gənc Azərbaycan dövlətinin ərazi bütövlüyünü təmin etmək məqsədilə Osmanlı Türkiyəsi Nuru paşanın komandanlığı ilə hərbi qüvvələrini Azərbaycana göndərib.Sentyabrın 15-də Qafqaz İslam Ordusu və Azərbaycan Korpusu Bakını azad edib. Bununla da paytaxtda erməni-bolşevik hakimiyyətinə son qoyulub.Bakının azad edilməsindən sonra Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin paytaxtı Gəncədən Bakıya köçürülüb.
15 sentyabr 2026

