Bakıdan Qusara istirahətə gedən 13 yaşlı oğlan dağdan yıxılaraq ölüb
2021-12-06 12:07
Bakıdan Qusarın Laza kəndində yaxınları ilə birlikdə istirahətə gedən 13 yaşlı Rüstəmli Nihad Niyaz oğlu dağdan yıxılaraq ölüb. Onun meyiti ərazidən çıxarılaraq aidiyyəti üzrə təhvil verilib. Cəlilabadda isə Sabirabad kənd sakini, 22 yaşlı Vüsal Əliyevi yaşadığı kənd ərazisində bıçaqla sağ bud nahiyəsindən vurmaqla öldürməkdə şübhəli bilinən həmkəndlisi, 45 yaşlı Akif Heydərov tutularaq istintaqa cəlb edilib. Cinayət işi üzrə zəruri istintaq hərəkətləri davam etdirilir.
Vüsalə camal