Bakıdakı partlayışda yaralananların vəziyyəti açıqlanıb
Bakıda mebel sexində baş verən partlayışda yaralananların vəziyyəti açıqlanıb. TƏBİB-in tabeliyindəki tibb müəssisələrində 16 nəfərin müalicəsi davam etdirilir. Yanıq Mərkəzində müalicə alan 12 nəfərdən üçünün vəziyyəti ağır stabil, digərlərinin vəziyyətləri isə orta-ağır olaraq qalır. Kliniki Tibbi Mərkəzin müvafiq şöbələrində isə dörd nəfərin müalicəsi davam etdirilir. Onlardan birinin vəziyyəti ağır stabil, digərlərinin vəziyyəti orta-ağır qiymətləndirilir. Dünən baş verən partlayışda 24 nəfər xəsarət alıb, 7 nəfər ölüb. Ərazidə axtarış-xilasetmə işləri davam etdirilir.
Fərid Mehdiyev