Bakıda zəncirvari qəza olub
2021-03-14 10:11
Bakının Nərimanov rayonunda yol-nəqliyyat hadisəsi baş verib. “Kia” markalı avtomobili idarə edən sürücü sükana nəzarəti itirərək yol kənarında dayanan “Volkswagen”, “Mercedes” və “GMC” markalı maşınlara çırpılıb. Zərbənin gücündən idarəetmədən çıxan “Kia” aşıb. Qəza ilə bağlı avtotexniki ekspertiza təyin edilib.
Fərid Mehdiyev