Bakıda "Xızı-Abşeron" Külək Elektrik Stansiyasının rəsmi açılışı keçirilib
Bakıda, “Gülüstan” sarayında 240 MVt gücündə “Xızı-Abşeron” Külək Elektrik Stansiyasının rəsmi açılış mərasimi keçirilib. Stansiya Səudiyyə Ərəbistanının “ACWA Power” şirkəti tərəfindən inşa olunub. Tədbirdə Prezident İlham Əliyev çıxış edib. Daha sonra layihənin rəsmi işə salınması həyata keçirilib.

