Bakıda WUF13 iştirakçılarına rahat gediş-gəliş imkanı yaradılacaq

Bakıda keçiriləcək Ümumdünya Şəhərsalma Forumunun (WUF13) iştirakçıları üçün bir sıra güzəştlər tətbiq olunacaq.Forum müddətində qeydiyyatdan keçmiş iştirakçılar üçün Heydər Əliyev Beynəlxalq Aeroportu ilə şəhərin müəyyən nəqliyyat mərkəzləri arasında xüsusi avtobuslar pulsuz fəaliyyət göstərəcək. Tədbir məkanına nəqliyyat da ödənişsiz olacaq.Xarici iştirakçılar üçün viza pulsuz və sadələşdirilmiş qaydada veriləcək.Hazırda 166 ölkədən 13 mindən çox şəxs forumda iştirak üçün qeydiyyatdan keçib və müraciətlərin qəbulu davam edir.Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Aparat rəhbərinin müavini, WUF13 üzrə Milli Əlaqələndiricinin müavini Gülşən Rzayeva Ümumdünya Şəhərsalma Forumunun şəhərlərin dayanıqlı inkişafı baxımından mühüm platforma olacağını bildirib.“WUF13 indiki və gələcək nəsillər üçün təhlükəsiz, davamlı və inklüziv şəhərlərin inkişafında mühüm mərhələ olacaq”- deyə o əlavə edib. Onun sözlərinə görə, forum iştirakçılara geniş imkanlar yaradacaq: “İnanırıq ki, iştirakçılar yalnız peşəkar dialoqlardan deyil, həm də Bakı şəhərinin gözəlliyindən və qonaqpərvərliyindən zövq alacaqlar”. Qeyd edək ki, WUF13 mayın 17-22-də Bakıda keçiriləcək.

19 fevral 2026

KƏPƏZFM
Dinlə, Hiss et, Arzula!
Canlı Yayım
Səsin gücü
Digər
KƏPƏZFM
Sayta keçid
İndi Yayımda:
...
...
Playlist Tam playlist
Digər
Əsas Yayım
KƏPƏZFM
Dinlə, Hiss et, Arzula!
Əsas Yayım
TOP 20
KƏPƏZFM / TOP 20
Dinlə, Hiss et, Arzula!
TOP 20
Milli 20-lik
KƏPƏZFM / Milli 20-lik
Dinlə, Hiss et, Arzula!
Milli 20-lik