Bakıda və Neftçalada ehtiyatsızlıq ölümə səbəb olub
Bakıda Cəlilabad sakini 1977-ci il təvəllüdlü Əkrəm Mətləb oğlu Əliyev işlədiyi daş karxanasında ehtiyatsızlıqdan hündürlükdən yıxılaraq ölüb.Neftçalada isə 1964-cü il təvəllüdlü Gülməmməd Əliheydər oğlu Məmmədov yaşadığı evin zirzəmisində ayağının dəmir tora ilişib yıxılaraq baş nahiyəsindən xəsarət alması nəticəsində ölüb.Araşdırmalar aparılır.
25 iyun 2026

