Bakıda TDT hökumət başçılarının görüşü başa çatıb, bəyanat qəbul olunub
Bakıda Gülüstan sarayında Türk Dövlətləri Təşkilatına üzv ölkələrin hökumət başçıları və vitse-prezidentlərinin ikinci görüşü başa çatıb.İclas çərçivəsində gündəlik məsələlər üzrə məhsuldar və konstruktiv müzakirələr aparılıb.Çıxışlarda təşkilat daxilində əməkdaşlığın genişləndirilməsi, iqtisadi-ticari əlaqələrin inkişafı, nəqliyyat və enerji sahələrində qarşılıqlı fəaliyyətin gücləndirilməsi əsas mövzular olub.Görüşün yekununda birgə bəyanat qəbul olunub.
02 aprel 2026

