Bakıda son 10 gündə narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan 15 nəfər saxlanılıb
2021-10-25 16:00
Bakıda son 10 gündə narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan 15 nəfər saxlanılıb. Paytaxt polisi 5 şəhər sakinini aldadaraq onlardan ümumilikdə 79 000 manat pul almaqda şübhəli bilinən Ü.Qədirovanı da saxlayıb. Tovuzda evdən 8 500 manat pul oğurlayan Bozalqanlı kənd sakini Rasim Məmmədov, Göygöldə evdən 10 000 manat dəyərində qızıl-zinət əşyaları götürən Zurnabad kənd sakini R.Məmmədov, Zaqatalada isə mağazadan 1500 manat pul, 2500 manatlıq tütün məmulatları və enerji içkiləri, texniki avadanlıqlar oğurlayan Yuxarı Çardaqlar kənd sakini Tamerlan Abdullayev istintaqa təhvil verilib. İsmayıllıda aptekdən pul oğurlayan Zakir Niftalıyev də saxlanılıb.
Nərgiz camal