Bakıda siqaret yanğına səbəb olub
2020-10-24 10:06
Bakının Xətai rayonu, Nobel prospektində 5 mərtəbəli yaşayış binasının həyətində yerləşən mebel düzəldilən sexdə qəflətən yanğın başlayıb. Əraziyə Fövqəladə Hallar Nazirliyinin iki yanğınsöndürən maşını cəlb olunub. Hadisə zamanı ərazidə olan elektrik naqilləri partlayıb. Alovun ətrafdakı digər tikililərə keçməsinin qarşısı alınıb. İkin məlumata görə, yanğına səbəb siqaret olub.
Fərid Mehdiyev