Canlı
Bakıda sürüşmə nəticəsində bir neçə ev uçub

2018-05-16 / 10:22

Bayılda, Buxta küçəsi 9 ünvanında bir neçə ev uçub. Trend-in məlumatına görə, bunu hadisə yerində olan Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Geoloji Kəşfiyyat Xidmətinin Geoloji Planlama Ekspedisiyasının rəisi Əziz Qaralov deyib. Bildirib ki, Buxta küçəsi 9-da hələ sovet dövründə yamac terrasvarı kəsilib və orada evlər tikilib. "Evlərin yerləşdiyi yamac sürüşməyə meyillidir. Küçə balaca və dar olduğundan evlərin altında hansı proseslərin baş verdiyindən xəbərsizik”, - deyə Əziz Qaralov vurğulayıb.

Vəfa Şairova