Bakıda qadın xuliqanın gülləsinə tuş gəlib
Bakıda qadının odlu silahdan açılmış atəşdən xəsarət alması barədə polisə məlumat daxil olub. Araşdırmalarla Bərdə rayon sakini Rəşad Əsədzadənin xuliqanlıq zəminində tüfəngdən atəş açaraq Abşeron rayon sakini olan qadının qol nahiyəsinə xəsarət yetirməsinə əsaslı şübhələr müəyyən edilib. Kişi saxlanılıb. Ondan lüləsi kəsilmiş və nömrəsi silinmiş “İJ-16” markalı ov tüfəngi götürülüb. Araşdırma aparılır.
Fərid Mehdiyev