Bakıda qadını döyərək qaçırıblar
Paytaxtın Nizami rayonu ərazisində bir qadının zorla avtomobilə mindirilərək aparılması müəyyən olunub. Aparılan araşdırmalarla qısa müddətdə həmin qadının şəxsiyyəti müəyyən edilib, onun əri və oğlu tərəfindən döyülərək xəsarət yetirilməsi məlum olub. Hadisədə şübhəli bilinən həmin şəxslər polis əməkdaşları tərəfindən saxlanılıb. Araşdırma aparılır.
Zülfiyyə Telmanqızı