Bakıda qəza olub, ölən var
Noyabrın 15-i saat 23 radələrində Sabunçu rayonu ərazisində Bakı şəhər sakini Azər Maqsudov idarə etdiyi “Mercedes” markalı avtomobillə qəza törədib. Qəza zamanı piyada 1956-cı il təvəllüdlü Arif Acaloğlu vurulub. Sürücü piyadanı xəstəxanaya çatdırsa da onun həyatını xilas etmək mümkün olmayıb. Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır.