Bakıda polisin özünü və nişanlısını öldürməsi ilə bağlı cinayət işi açılıb
2021-04-22 18:05
Bu gün günorta saatlarında Bakının Nərimanov rayonundakı evlərin birində Xəzər Rayon Polis İdarəsinin əməkdaşı Tural Aslanov qısqanclıq zəminində nişanlısı Günay Cabbarovanı qətlə yetirib. O, daha sonra öz canına da qıyıb. Faktla bağlı Nərimanov rayon prokurorluğunda cinayət işi başlanıb.
Vüsalə camal