Bakıda polisə silahlı müqavimət göstərən şəxs zərərsizləşdirilib
2021-04-29 12:07
Bakıda Maştağa qəsəbəsində yerləşən kafedə bu gecə saat 2:50 radələlərində Teymur Yolçuyev sərxoş vəziyyətdə obyekti işlədən Ləman Heydərova və işçiləri hədələyərək 1000 manat pul tələb edib və kafenin şüşələrini sındıraraq işçilərdən birinə bıçaqla xəsarət yetirib. Həmin şəxsin yeri polis tərəfindən müəyyənləşdirilib. Saxlanılması üçün ona yaxınlaşdıqda o, bıçaqla polis əməkdaşlarına hücum edib. Bu zaman polis əməkdaşları tabel silahından havaya 2 dəfə xəbərdarlıq atəşi açıb. Buna baxmayaraq o, silahlı müqavimətini davam etdirdiyindən ayaq nahiyəsinə atəş açılmaqla zərərsizləşdirilib. Yaralı yaxınlıqdakı xəstəxanaya yerləşdirilib. Vəziyyəti qənaətbəxşdir. Faktla bağlı cinayət işi başlanılıb.
Vüsalə camal