Bakıda Perinatal Mərkəzdə 7 körpənin öldüyü yanğınla bağlı hökm elan olundu
Bakıda 2024-cü ilin yanvarın 9-da “Respublika Perinatal Mərkəzi”ndə 7 körpənin ölümü ilə nəticələnən yanğın hadisəsi üzrə məhkəmə prosesi yekunlaşıb. Məhkəmənin hökmü ilə mərkəzin sabiq direktoru Mehriban Abasquliyeva 7 il 3 ay, şöbə rəisləri Hamlet Mustafayev 5 il 8 ay, Elnur Əhmədli isə 5 il 2 ay müddətinə azadlıqdan məhrum ediliblər. Təqsirləndirilən şəxslər məhkəmə zalında həbs olunublar. Qeyd edək ki, ötən ilin yanvarında baş verən yanğın nəticəsində 7 yenidoğulmuş həyatını itirib, 4 nəfər xəsarət alıb.
04 iyun 2026

