Bakıda oğurluqlar edən şəxslər saxlanılıblar
Xəzər rayonu Türkan qəsəbəsində 2 daş karxanasından və bir transformatordan ümumilikdə 7 700 manat dəyərində naqil oğurlanıb. Əməli törətməkdə şübhəli bilinən, Lənkəran sakini Zamin Cəfərov saxlanılıb. Binəqədi rayonunda mənzillərin birindən isə 5000 manat, 2700 ABŞ dolları pul və 15.000 manat dəyərində qızıl-zinət əşyaları oğurlanıb. Cinayəti törətməkdə şübhəli bilinən, Bərdə sakini, əvvəllər məhkum olunmuş Həsən Əfəndizadə tutulub.
Nərgiz Camalzadə