Bakıda oğurluqlar edən şəxs saxlanılıb
Bakının Sabunçu rayonunda yerləşən dövlət müəssisələrindən birinin inzibati binasının 5000 manata yaxın dəyəri olan dəmir məhəccərləri oğurlanıb. Əməli törətməkdə şüphəli bilinən rayon sakini əvvəllər məhkum olunmuş Əli Əliyev saxlanılıb. Onun Sabunçuda əlavə olaraq 17 kanalizasiya quyusunun dəmir qapaqlarını, Kürdəxanı, Zabrat və digər ərazilərdə yerləşən ümumilikdə 10 evdən təmir-tikinti və məişət əşyaları oğurladığı da müəyyən edilib.