Bakıda narkotiklərin satışı ilə məşğul olan 8 nəfər saxlanılıb
Suraxanı Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyatlar zamanı narkotiklərin satışı ilə məşğul olan 8 nəfər saxlanılıb. Həmin şəxslərdən ümumilikdə 13 kiloqramdan çox heroin, marixuana və metamfetamin aşkar edilib. Onlar narkotik vasitələri sosial şəbəkələrdə tanımadıqları, əsasən İran vətəndaşlarından onlayn yolla şəxsi istifadələri ilə yanaşı paytaxtda satmaq məqsədi ilə əldə etdiklərini bildiriblər.
Nərgiz Camalzadə