Bakıda narkotik vasitənin təsiri altında olan sürücü saxlanılıb
Paytaxt ərazisində “KİA” markalı avtomobilin sürücüsü Qanbayev Elşən İlham oğluna saxla işarəsi verilsə də, o, buna məhlə qoymayıb. Sürücü saxlanılıb, onun narkotik qəbul etdiyi müəyyən edilib. Qanbayevin sürücülük hüququ 1 il müddətinə məhdudlaşdırılıb, o, 15 surka inzibati qaydada həbs edilib.
Vüsalə Cənnətova