Bakıda narkotik vasitələrin satışını təşkil edən şəxslər saxlanılıb
Xətai rayonunda narkotik vasitələrin satışını təşkil edən şəxslərə qarşı əməliyyatlar keçirilib. Paytaxt sakinləri 23 yaşlı Afiq Quliyev, 22 yaşlı Ramilə Qurbanova və 36 yaşlı Nicat Əliyev saxlanılıblar. Bu şəxslərdən 10 kiloqrama yaxın heroin, marixuana, psixotrop tərkibli metadon həbləri və metanfetamin aşkar olunub. Saxlanılanlar narkotik vasitələri sosial şəbəkələrdə tanımadıqları İran vətəndaşlarından onlayn yolla paytaxt ərazisində satmaq məqsədi ilə əldə etdiklərini bildiriblər.
Fərid Mehdiyev