Bakıda narkotik maddələrin satışı ilə məşğul olan iki nəfər saxlanılıb
Bakının Xəzər rayon polisi Mərdəkan və Binə qəsəbələrində narkotik maddələrin satışı ilə məşğul olan Sahib Əliyev və Vüqar Bayramovu saxlayıb. Həmin şəxslərdən 2 kiloqrama yaxın heroin aşkar edilib. Faktlarla bağlı cinayət işləri başlanılıb.