Bakıda narkokuryerlikdə şübhəli bilinən şəxsdən 13 kiloqram narkotik aşkarlanıb
Bakıda narkokuryerlikdə şübhəli bilinən 38 yaşlı Elvin Əliyevdən qanunsuz olaraq əldə etdiyi 13 kq 700 qr narkotik vasitə olan marixuana aşkar edilərək götürülüb. Saxlanılan şəxs ifadəsində narkotik vasitələri sosial şəbəkədə tanış olduğu şəxsiyyəti istintaqla araşdırılan İran vətəndaşı vasitəsilə əldə etdiyini və hissələrə ayıraraq paytaxt ərazisində müxtəlif ünvanlara çatdırmağı planlaşdırdığını bildirib. Faktla bağlı araşdırmalar davam etdirilir.

