Bakıda narkokuryer tutulub
Bakının Nəsimi rayonunda narkotik vasitələrin satışı və qanunsuz dövriyyəsinə qarşı keçirilən əməliyyatla əvvəllər dəfələrlə məhkum olunmuş 42 yaşlı Eldar Əliyev şübhəli şəxs qismində saxlanılıb. Ondan 6 kiloqrama yaxın marixuana və həşiş aşkar olunaraq götürülüb. Saxlanılan şəxs ifadəsində narkotik vasitələri satış məqsədilə əldə etdiyini bildirib. Faktla bağlı cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.
30 yanvar 2026

