Bakıda mağazadan oğurluq edilib
Paytaxtın Nəsimi rayonundakı bir mağazadan 4 ədəd noutbuk, digərindən isə işçinin 1300 manat dəyərində mobil telefonu oğurlanıb. Əməli törəməkdə şübhəli bilinən Sumqayıt sakini Vüsal Hacıbəyov və Ucar sakini Fəqan Allahverdiyev saxlanılıblar.
Nərgiz Camalzadə