Bakıda məcburi köçkünlərin məskunlaşdığı yataqxana yanır
2021-02-24 10:09
Bakıda məcburi köçkünlərin məskunlaşdığı yataqxana yanır. Hadisə Yasamal rayonu, Tbilisi prospekti ərazisində yerləşən məcburi köçkünlərin məskunlaşdığı binada qeydə alınıb. Yanğın binanın dam örtüyündə başlayıb. Əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidməti və Xüsusi Riskli Xilasetmə Xidmətinin canlı qüvvəsi və texnikası cəlb olunub. Alovun söndürülməsi işləri davam etdirilir.
Vüsalə Camal