Bakıda mübahisə 2 nəfərin bıçaqlanmasına səbəb olub
Bakının Nizami rayonu, Bəhruz Nuriyev küçəsində bir qrup şəxslə mübahisə edən 1987-ci il təvəllüdlü Ələkbərov Murad Mehdi oğlu və 1975-ci il təvəllüdlü Xəlilov Vüqar Məsim oğlu bıçaq xəsarətləri alıblar. Yaralılar Sabunçu Tibb Mərkəzinə yerləşdiriliblər. Fakt araşdırılır.
Vüsalə Cənnətova