Bakıda kran yaşayış binasının üstünə aşıb, bir nəfər ölüb
2020-09-04 18:06
Bakıda qaldırıcı kran aşıb. Hadisə Azadlıq prospekti ilə Nəsib bəy Yusifbəyli küçəsinin kəsişməsinə yaxın ərazidə qeydə alınıb. Kranın bir hissəsi yaşayış binasının üstünə, digər hissəsi isə yaxınlıqda park edilmiş maşınların üstünə aşıb. Nəticədə kranın sürücüsü dünyasını dəyişib. Binanın sonuncu mərtəbələrində olan iki mənzilin damına və 5 maşına ziyan dəyib. Avtomobillər tam yararsız vəziyyətə düşüb. Əraziyə Fövqəladə Hallar Nazirliyinin müvafiq qüvvələri cəlb olunub.
Vəfa Şairova