Bakıda Koronavirusla əlaqədar 2 nəfər xəstəxanaya yerləşdirilib
2020-02-03 12:00
Koronavirusa yoluxma şübhəsi ilə Kiniki Tibbi Mərkəzin yoluxucu xəstəliklər şöbəsinə 2 nəfər yerləşdirilib. 24 yaşlı Çin vətəndaşı sonuncu dəfə 19 yanvar tarixində Çində olub. Analizlərinin cavabı mənfidir, yəni hər hansı bir virus aşkarlanmayıb. Digər şəxs, 26 yaşlı Azərbaycan vətəndaşı isə Çində təhsil alır. Bakıya yanvarın 28-i gəlib. Heç bir şikayəti yoxdur, buna baxmayaraq, inkubasiya dövrü başa çatana qədər xəstəxanada saxlanılacaq.
Vəfa Şairova