Bakıda kişi nənəsi və bibisini qətlə yetirib
2020-09-25 10:06
Bakıda kişi nənəsi və bibisini öldürüb. Suraxanı rayonunda 82 yaşlı Esmira Cavadova və onun qızı, 61 yaşlı Tamella Cavadovanı yaşadıqları evdə bıçaqlayaraq qətlə yetirməkdə şübhəli bilinən Samir Cavadov hüquq-mühafizə orqanı əməkdaşları tərəfindən tutulub. Saxlanılan şəxs istintaqa təhvil verilib. Faktla bağlı cinayət işi başlanıb.
Fərid Mehdiyev