Bakıda keçmiş məhkum 2 nəfəri bıçaqlayıb, ölən var
Bakının Nizami rayonunda əvvəllər məhkum olunan, 1986-cı il təvəllüdlü Rauf Hüseynov münaqişə zəminində əvvəllər məhkum olunan - 1988-ci il təvəllüdlü Xəyal Rəhimova və 2000-ci il təvəllüdlü İlkin Rzayevə bıçaq xəsarətləri yetirib. Sonuncu hadisə yerində ölüb, digəri isə xəstəxanaya yerləşdirilib. Cinayət əməlini törətməkdə şübhəli bilinən Rauf Hüseynov saxlanılıb.
Xəzər rayonunun Binə qəsəbəsində də qətl hadisəsi baş verib. 1968-ci təvəllüdlü Pakizə Məmmədova yaşadığı ünvanda kəsici alətlə öldürülüb. Əməli törədən qadının həyat yoldaşı, 1967-ci il təvəllüdlü Aydın Məmmədov tutulub.
Vüsalə Cənnətova